“Sabah” sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı cinah yarımmüdafiəçisiylə "1+1" illik müqavilə bağlanıb.
Mikels 2021-23-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.
Onu da bildirək ki, Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC