"AFFA-ya şikayət etdim, o razılıq əsasında "İrəvan"dan alacaq pulumdan vaz keçdim, əvəzində..."

“Əlbəttə ki, qazandığım uğurlar içində bu da eyni sıradadı. II Liqanın gümüş medalçısı olduq, sonra pley-offa vəsiqə uğrunda matçlarda qalib olaraq I Liqaya çıxdıq. Karyeramda bunadək qazandığım uğurlar qədər bu uğura da eyni dərəcədə sevinirəm. Çünki mən də bu komandanın üzvü oldum. Düzdür, ikinci yarıda qoşuldum. Lakin bu komandanın bir parçası olduğum üçün fəxr edirəm".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Cəbrayıl”ın futbolçusu Cavid Tağıyev deyib. 

I Liqaya vəsiqə uğrunda “Araz-Saatlı”nı keçən (evdə 2:0, səfərdə 3:1) keçən komandanın təcrübəli futbolçusu yaxşı kollektivlərinin olmasının uğurda əsas rol oynadığını düşünür: “Yaxşı komandamız, yaxşı kollektivimiz vardı və bunun sayəsində bu yerə gəlib çatdığımızı fikirləşirəm. Futbolçuları, baş məşqçini, rəhbərliyi təbrik edirəm”.

İlk pley-off oyununu xaricdə istirahətdə olduğuna görə buraxan Cavid həm bu, həm də rəhbərliyi altında işlədiyi adaşı haqda danışıb: “Cəbrayıl”a gəlməmişdən əvvəl - hələ qışda biletləri sifariş etmişdim. Çünki komandaya martın sonu - aprelin əvvəli qoşulmuşdum. Buna görə belə vəziyyət yarandı. Sağ olsun baş məşqçimiz, danışdıq, hər şeyi başa düşdü, normal qarşıladı. Cavid müəllim çox yaxşı baş məşqçidi, xoş oldu onunla bir yerdə işləmək. Fikrimcə, Hüseynov məşqçilik karyerası ərzində daha yaxşı yerlərdə işləyəcək. Bu, onun artıq 2-ci uğurudu, bunadək “Cəbrayıl”ı Region Liqasının qalibi etmişdi. İnanıram ki, bundan sonra uğurları bol olacaq".

Əslən Tovuzdan olan 32 yaşlı Tağıyev karyerası bitirmək fikrində olmadığını vurğulayaraq yenidən “Turan Tovuz”un oyunçusu olmağı arzulayır: “Əlbəttə ki, futbol oynamağı davam edirəm. Öncə “Cəbrayıl”ın planları bəlli olmalıdı, sonra oturub danışmalıyıq. Hər şey uyğun olarsa…İndidən heç nə deyə bilmərəm, hər şeyi zaman göstərəcək. Əlbəttə ki, yenidən Premyer Liqada oynaya bilərəm, o gücü özümdə, ümumiyyətlə, özümü yaxşı hiss edirəm. “Turan” mənə doğma klubdu, uşaq futbolundan orda oynamışam, özüm də tovuzluyam. Dəvət gələrsə, hər zaman sevə-sevə orda oynamağa hazıram".

Cavidlə söhbətimizdə ötən mövsümün ilk yarısında çıxış etdiyi, qalmaqalla ayrıldığı "İrəvan"da çıxışı haqda da toxunduq. Maraqlıdı, bu, təcrübəli yarımmüdafiəçi üçün bir dərs oldumu?: “Düzdü, heç kim istəməzdi belə olsun ki, “İrəvan” I Liqadan çıxarılsın. Çox yaxşı komandamız vardı. İlk vaxtlar yaxşı qurulmuş komanda idi. Sonra da işlər belə gətirdi. Mən də buna görə qışda ayrılmaq qərarına gəldim. Düzdür, bir az çətin oldu ayrılmağım. AFFA vasitəsilə şikayət etmişdim ”İrəvan"dam. Düzdür, şikayətimə gec baxıldı. Pulumu yox, sadəcə, müqaviləmi ala bildim. O razılıq əsasında pulumdan vaz keçdim, əvəzində transfer sənədimi götürdüm. Bu da gec çəkdi, martda baş verdi və karyerama təsir göstərdi. Yenə də deyirəm, sağ olsun Cavid müəllim ki, məni komandaya dəvət elədi, gəldim, futbolsuz qalmadım. Məncə, “İrəvan” bir təcrübə oldu". 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC