Beynəlxalq Şahmat Federasiyası – FIDE 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.
Presssport.az xəbər verir ki, FIDE-nin rəsmi saytında yayılan məlumata əsasən beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Qeyd edək ki, Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC