Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya Uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 8 atlet təmsil edəcək.
Presssport.az Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fəxri kürsüdə Səlma Ağabəyova (100 m, 4x100 m, 4x400 m), Safiya Kərimova (100 m, 200 m, 4x100 m, 4x400 m), Fidan Osmanova (200 m, 4x100 m, 4x400 m), Mələk Hüseynova (uzunluğa tullanma, 4x100 m, 4x400 m), Mehdi Abbaszadə (100 m, 200 m, 4x100 m), Ümid Xudaverdiyev (200 m, 400 m, 4x100 m, yakut tullanmaları), Şamxal Həsənzadə (uzunluğa tullanma, 4x100 m) və Ramil İsmayılov (uzunluğa tullanma, üçtəkanla tullanma, yakut tullanmaları, 4x100 m) yer almağa çalışacaq.
Onu da bildirək ki, yarışın açılışı iyunun 26-da, bağlanış mərasimi isə iyulun 6-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC