Aleksey Kaşuk yenidən Azərbaycana qayıdıb.
Presssport.a xəbər verir ki, "Sabah"ın sabiq yarımmüdafiəçi bu dəfə "Qarabağ" üçün Bakıya gəlib.
Tərəflər bütün detallarda razılıq əldə edib.
Ukraynalı futbolçu tibbi yoxlanışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.
"Şaxtyor"a məxsus 23 yaşlı futbolçu 2022-ci ilin martından 2023-cü ilin yayına kimi icarə əsasında “Sabah”da forma geyinib.
Kaşuk “bayquşlar”ın heyətində 41 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb
Futbolçu ötən mövsüm “Şaxtyor”un heyətində 12 matçda meydanda olub. Kaşuk bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib (sportinfo.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC