Bu gün AVRO-2024-də qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
Presssport.az xəbər verir ki, oynanılan 4 matç C və D qruplarında olub.
D qrupunda Niderland Avstriyaya uduzub, Fransa isə son pillənin sahibi Polşa ilə görüşdə 2 xal itirib. Bununla da Avstriya qrup lideri kimi, Fransa 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Niderland isə qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi pley-offa yüksəlib.
C qrupunda hər 2 matç qolsuz yekunlaşıb. Bu nəticələrdən sonra İngiltərə 5 xalla qrup 1-cisi, Danimarka 3 xalla qrup 2-cisi olaraq pley-offa yüksəlib. Sloveniya isə 3-cü yeri tutan ən yaxşı 4 komandadan 1-i kimi növbəti mərhələyə adlayıb.
25 iyun
20:00. Niderland - Avstriya - 2:3
Qollar: Qakpo, 47, Depay, 75 - Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu
20:00. Fransa - Polşa - 1:1
Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, "Siqnal İduna Park"
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC