AVRO-2024-ün qrup mərhələsinin III turunda D qrupunda keçirilən Niderland - Avstriya matçının (2:3) ən yaxşı futbolçusu müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu, Avstriya millisinin yarımmüdafiəçisi Marsel Sabitzer olub. O, görüşdə qələbə topuna imza atıb və nəticədə millisi D qrupunda 6 xalla 1-ci yeri tutaraq 1/8 finala adlayıb.
Bu qrupda keçirilən digər matçın - Fransa - Polşa görüşünün (1:1) də ən yaxşı futbolçusunun adı açıqlanıb. Bu, Polşa millisinin üzvü Lukaş Skorupski olub. Təcrübəli qapıçı bu oyunda 7 dəfə komandasını qoldan xilas edib.
Onu da bildirək ki, Polşa millisi 1 xalla qrup sonuncusu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC