Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün qrup mərhələsinin III turunda Avstriya yığmasına uduzduqları oyunu (2:3) şərh edib.
Presssport.az xəbər verir ki, təcrübəli niderlandlı mütəxəssis komandasının matçda zəif oynadığını, qələbəyə layiq olmadıqlarını etiraf edib: “Bir çox aspektlərdə çox zəif çıxış etdik. Rəqibin çox imkanı oldu. Aqressiv deyildik və Avstriyaya kifayət qədər təzyiq göstərmədik.
Meydanda məsuliyyəti öz üzərimizə götürməliyik. Bundan yaxşı nəticəyə layiq deyildik. Çox pis oyun oldu. Əvvəlcə matça nəzarət etmədik, sonradan bir az daha yaxşı oynadıq, bir neçə şansımız oldu. Lakin səhvlərimizə görə bizi cəzalandırdılar. Meydanda məsuliyyəti üzərimizə götürməliyik".
Xatırladaq ki, Niderland yığması D qrupunda 3-cü yeri tutub və ən yaxşı 4 qrup 3-cüsündən 1-i kimi 1/8 finala adlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC