UEFA Kristian Erikseni seçdi

AVRO-2024-ün qrup mərhələsinin C qrupunda III turunda keçirilən Danimarka - Serbiya oyununun (0:0) ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Presssport.az xəbər verir ki, bu, Danimarka millisinin üzvü Kristian Eriksendi. 32 yaşlı yarımmüdafiəçi yaxşı oyunu ilə bu mükafata layiq görülüb. Onun millisi qrup 2-cisi kimi 1/8 finala yüksəlib.

Həmin qrupda keçiirlən İngiltərə - Sloveniya matçının (0:0) ən yaxşı futbolçusunun da adı açıqlanıb. Belə ki, Sloveniya millisinin yarımmüdafiəçisi Adam Qnezda görüşün ən yaxşısı seçilib. O, yarımmüdafiədə etibarlı oyunu ilə diqqət çəkib. Sloveniya millisi ən yaxşı qrup 3-cüsündən 1-i olaraq 1/8 finala yüksəlib. 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC