Təmkin Xəlilzadə "Cəbrayıl"a azarkeşlik edib, yenidən Premyer Liqada oynamağa özünü hazır sayır: "Bəlkə 1-2 “sbor” keçsəm, niyə də olmasın?!"

Bir vaxtlar Premyer Liqamızda ən yaxşı futbolçulardan olan, milli komandamızda da inamlı çıxşıyla yadad qalan Təmkin Xəlilzadə artıq ilyarımdı böyük futboldan kənardadı. Bu müddətdə əvvəl futzalda çıxış edən 31 yaşlı oyunçu son 1 ili minifutbolda keçirib və “Birbaşa”yla ölkə çempionu olub. Böyük futbol üçün darıxan, keçmiş komanda yoldaşlarının yer aldığı "Cəbrayıl"ın I Liqaya vəsiqə uğrunda səfərdəki pley-off matçını izləmək üçün Saatlıya yollanmağı lazım bilən Təmkin Presssport.az-ın suallarını cavablandırıb. 

- I Liqaya vəsiqə uğrunda oyunu izləmək üçün Saatlıya yollanmağın diqqət çəkdi…

  • - İlk növbədə onu deyim ki, maraqlı oyun getdi həqiqətən. Çoxdan böyük futbolu stadiondan izləmirdim. Hər 2 komanda doğrudan da sonadək mübarizə apardı, döyüşdü. Uduzmasına baxmayaraq, rəqib komandanı da təbrik edirəm. Düzdür, “Cəbrayıl”a azarkeşlik edirdim (gülür). Çünki bu klubda dostlarımız vardı. Klub rəhbərliyində olan şəxslərlə çox yaxşı münasibətimiz var. Buna görə Saatlıya gəlmişdim. Bəli, onlar dəvət etmişdi. Həm də bildiyiniz kimi, Cavid Hüseynov, Elvin Məmmədov, Cavid Tağıyevlə bir yerdə futbol oynamışam. Şükürlər olsun ki, qələbə qazandılar, əziyyətləri yerdə qalmadı. Hamısını təbrik edirəm, I Liqaya yüksəldilər, inşallah, orda da uğurları bol olsun. 
  • - Necə düşünürsən, səni elə “Cəbrayıl”la I Liqada görə bilərik?
  • - Bəlkə də, vallah nə bilim (gülür). Bu suallar həmişə çox olub aşağı liqalarla bağlı. Bilmək olmaz səhərisi gün nə olacağını. Bunu heç kim bilə bilməz. Heç kim sabahından sığortalanmayıb. Hər şeyi zaman göstərəcək. İnşallah, görək irəlidə nə olacaq…
  • - Təkliflər varmı, yoxsa hələ ki istirahətə əsas diqqətinə yönəltmisən?
  • - Bildiyiniz kimi, minifutbol üzrə Avropa çempionatından - Sarayevodan qayıtdıq. Hələ ki tam istirahətdəyik. Yeni mövsümə olan planları gözləyirik. Böyük futbol, minifutbol, I Liqa olar, onu bilmirəm. 
  • - Telefonla zəng edib bir maraq göstərirlərmi ki, bizdə oynayarsanmı?
  • - Əslində, II Liqa komandaların maraq həmişə olub. “Füzuli” məni sifariş də etmişdi, sadəcə, özüm oynamaq istəməmişdim. Görək yeni mövsümdə nə olacaq. Hələ ki tam olaraq istirahətdəyəm.
  • - Böyük futbolda oynamağa hazırsanmı? Yadırğamazsan?
  • - Əlbəttə ki, yox. Futboldu, oynayırıq, boş dayanmırıq. Düzdür, minifutbolla böyük futbolun bir az fərqi var. Amma müəyyən formanı bərpa etmək üçün ayyarım, 2 ay məşq lazımdı. 
  • - İndiki məqamda Premyer Liqanı özün üçün real sayırsan? Gücün vamı orda yenidən oynamağa?
  • - Hələ ki real bir şey yoxdu. Bəlkə 1-2 “sbor” keçsəm, yaxşı fiziki hazırlıq keçsəm, niyə də olmasın?! 
  • - Minifutbol millimiz Avropa çempionu titulunu qoruya bilmədi. Taleyinizi “lotereya” həll etdi?
  • - Məncə, belə oldu. Qazaxıstanla 50 dəqiqə bir baş üstün futbol oynadıq. Hücumlarımız da oldu ki, qolla nəticələnmədi. Rəqib komanda oyunu sırf penlatilər seriyasına aparmaq istəyirdi və əldə etmək nəticəni sonda əldə etdi. Penaltilrə seriyası belə bir şeydi ki, orda həqiqətən bəxtsizlik olur. O da gəldim bizim 7-ci penaltidə oldu. 
  • - Mövsümə minifutbolda çempionluqla başa vurdun…
  • - Minifutbolda ilk ilimdə çempion olduğuma görə çox xoşbəxtəm. Onsuz da "Birbaşa" çempionatın favoritlərindəndi, illərdi çempion olurdu. Pis çıxmasın, mənimlə də çempion oldu. Özümə görə çox sevinirəm. Allahın qədərinə çox şükürlər olsun ki, 9-10 aylıq zəhmətimiz yerdə qalmadı. 
  • - Minifutbolda özünü necə hiss edirsən? Nədir buranın özəlliyi?
  • - Böyük futbol oynaya-oynaya da, minifutbol oynayırdım. Həmişə buna həvəsim olub.
  • - Buna “dır-dır” deyirsiniz…
  • - Elədi, həmişə futbolçular arasında gedib oynayırdıq. Buna görə minifutbol mənə çox yad deyil. Həqiqətən özümü çox yaxşı, rahat hiss edirəm. Maraqlı, əyləncəli oldu. Milliylə Dubaya getdik, dünya çempionatında "4-lüy"ə düşdük. Ordan gələndən sonra Monteneqroda 4 milli komanda arasında beynəlxalq turnirdə çempion olduq. 
  • - Qısa müddət futzalda da oynadın. Necə müqayisə aparardın?
  • - Minifutbol daha yaxşıdı. Çünki burda meydança, ot örtüyü, top olaraq böyük futbola daha yaxındı. Futzalda parketdə, kiçik topla oynayırsan. İstər-istəməz minifutbol böyük futbola daha yaxındı. Ümumiyyətlə, minifutbol mənə rahat gəlir. 
  • - “Qarabağ”la ilk mövsümündə çempion olmuşdun. Minifutbolda da çempion oldun. Hansı qızıl medal daha ağır gəlir?
  • - Bəli, "Qarabağ"la gənc yaşlarımda - 2013/14 mövsümündə çempion olmuşdum. Çempionluqlarım çox olub. Futzalda “Rəvan”la da çempion oldum. Bilirsiniz, çempionluq çempionluqdu. Əlbəttə, böyük futbolda çempionluğun öz yeri var. Amma istənilən halda, çempionluq çempionluqdu. Hər halda, minifutbolda da çempionluq üçün 1 ilə yaxın əziyyət çəkirsən. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC