Ukrayna mətbuatı Roman Qriqorçukun "Neftçi"yə keçəcəyindən yazıb.
Presssport.az xəbər verir ki, ukraynalı həmkarlarımız onun hələ də baş məşqçisi olduğu "Çernomorets"in ilk yay təlim-məşq toplanışında bu üzdən iştirak etmədiyini xüsusi vurğulayıb.
Belə ki, Sport.ua saytı 59 yaşlı ukraynalı mütəxəssisin Bakı klubu ilə anlaşdığını iddia edib:
"İyunun 25-də Savinyondakı klubun bazasında keçirilən ilk məşqdə Odessa klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq baş məşqçi Roman Qriqorçuk iştirak etmirdi. Onun ən yaxın köməkçisi, "Çernomorets"də ilk işlədiyi vaxtdan Qriqorçukla birlikdə olan Mixail Savka da məşqdə yox idi. Qriqorçukun olmaması iki səbəblə bağlıdı. Onlardan biri “Çernomorets”lə müqavilənin mümkün uzadılması məsələlərinə, digəri isə Azərbaycanın ən məşhur klubu olan “Neftçi”nin “sükanı arxası”na keçmək təklifinin alınmasıdır. Roman Qriqorçukun hansı klubu çalışdıracağı yaxın vaxtlarda məlum olacaq”.
Xatırladaq ki, Roman İosifoviç 2015-ci ilin yanvarından 2018-ci ilin mayınadək"Qəbələ"ni uğurlara çalışdırıb və Savka həmin vaxt da onun köməkçisi idi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC