U-21 yığmamızın sabiq müdafiəçisi "Qəbələ"də - RƏSMİ

2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Həsənov son 2 mövsümdə “Səbail”in formasını geyinib.

O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz”də (2021-22) çıxış edib. Müdafiəçi U-21 yığmamızın da şərəfini qoruyub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC