"Sabah" Madriddə finala çıxdı

İspaniyanın paytaxtı Madriddə "MadCup" beynəlxalq turnirində çıxış edən "Sabah"ın  U-10 komandası növbəti oyunlarını keçirib.

Presssport.az xəbər verir ki, komanda qrup mərhələsində son oyununda Madrid "Atletiko"suna məğlub olub - 2:8. Oyunda "Sabah"ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb. 

"Sabah" U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, "Bürünc Liqa"da mübarizə aparmaq şansı qazanıb. 

"Bürünc Liqa"nın 1/8 finalında Avstraliyanın "Vilyarreal" (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Matçda "Sabah"ın qollarını Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev vurub.

"Sabah" 1/4 finalda İspaniyanın "Avila Atletiko" komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla "Sabah"ın  xeyrinə başa çatıb. Qolları Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı vurub.

Yarımfinalda isə İspaniyanın "Fundacion" klubunu 5:1 hesabıyla məğlub edən "Sabah" finala vəsiqə qazanıb. "Sabah"ın qollarına Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev imza atıb. 

Onu da bildirək ki, iyunun 24-də isə turnirin təmtəraqlı açılış mərasimi olub. Açılış Madridin məşhur "Metropolitano" stadionunda keçirilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC