Avropa Liqasının I turununun görüşləri çərçivəsində "Şerif"lə qarşılaşacaq "Zirə"nin cavab oyununun hakimiləri də açıqlanıb.
Presssport.az xəbər verir ki, Bakıda matçı qazaxıstanlı Bulat Sariyev idarə edəcək.
Ona həmyerliləri Denis Labaşov və Yuri Tixonyuk yan xətdə, Aidin Tassibayev isə 4-cü hakim kimi yardımçı olacaq.
Cavab oyunu iyulun 18-də “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00 da səslənəcək.
Xatırladaq ki, iyulun 11-də Moldovada baş tutacaq ilk oyunu isveçrəli Alessandro Dudiç idarə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC