AVRO-2024-də qrup mərhələsi bitdi - Türkiyə və Gürcüstan 1/8 finalda

Almaniyada təşkil olunan AVRO-2024-də bu gün qrup mərhələsinə yekun vurulub

Presssport.az xəbər verir ki, E qrupunda hər 2 matç bərabəkliklə bitib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən,  Rumıniya qrup 1-cisi, Belçika 2-cisi, Slovakiya ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.

Günün əsas qarşılaşması F qrupunda olub. Qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrupdan 2-ci yerlə 1/8 finala adlayıb. Qonşu Gürcüstan Portuqaliyayla qarşılaşmada gözlənilməz qələbə qazanmaqla qrup 3-cüsü kimi 1/8 finala yüksəlib.

III tur

E qrupu

20:00. Slovakiya - Rumıniya - 1:1

Qollar: Duda, 24 - Marin, 37-pen

Baş hakim: Daniel Siebert (Almaniya)

"Deutşe Bank Park" 

20:00. Ukrayna - Belçika - 0:0

Baş hakim: Entoni Teylor (İngiltərə)

"MHP Arena"

F qrupu

23:00. Çexiya - Türkiyə - 1:2

Qollar: Hakan Çalhanoğlu, 52, Cenk Tosun, 90+4 - Tomaş Souçek, 66 

Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Volksparkstadion"

23:00. Gürcüstan - Portuqaliya - 2:0 

Qollar: Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen

Baş hakim: Sandro Şerer (İsveçrə)

“Veltins Arena”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC