AVRO-2024-ün qrup mərhələsinin III turunda E qrupunda keçirilən Slovakiya - Rumıniya matçının (1:1) ən yaxşı futbolçusu açıqlanıb.
Presssport.az xəbər verir ki, bu ada Slovakiya millisinin üzvü Stanislav Lobotka layiq görülüb. 29 yaşlı yarımmüdafiəçi görüşdə yaxşı oyunu ilə diqqət çəkib.
Slovaklar ən yaxşı qrup 3-cüsu olan 4 komandadan 1-i kimi növbəti mərhələyə yüksəlib.
Həmin qrupda Ukrayna - Belçika matçının (0:0) da ən yaxşı futbolçusu müəyyənləşib.
Bu, Belçika millisinin kapitanı Kevin De Brüynedi. Onun yığması E qrupunda 4 xalla 2-ci yeri tutaraq 1/8 finala adlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC