"Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim və bunu parlaq şəkildə etdilər" - Sanyol

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-də Portuqaliya yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Presssport.az xəbər verir ki, fransalı mütəxəssis oyunçuları ilə fəxr etdiyini deyib:

"Düzünü desəm, matçdan əvvəl futbolçularıma nə dediyimi xatırlamıram. Amma verdiyim mesaj meydanda öz futbolumuzu göstərmək idi. Topla oynamayanda nizam-intizamı qorumaqlarını və topu alanda isə hücuma çıxmaqlarını istəmişdim. Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər.

“Kiçik” komanda olanda itirəcək heç nəyinin olmadığını başa düşürsən. Turnirdən əvvəl danışdığımız yeganə şey ondan ibarət idi ki, sonradan istədiyimiz futbolu oynamadığımıza və çempionatdan lazım olan qədər həzz almadığımıza görə peşman olmayaq".

Sanyolun sözlərinə görə, çiyinlərində heç bir yük yoxdu: "Bizim yeganə vəzifə Gürcüstan xalqının öz oyunçuları ilə fəxr etməyinə şərait yaratmaq idi. Düşünürəm ki, bunu ən yaxşı şəkildə yerinə yetirdik”.

Qeyd edək ki, gürcülər 1/8 finalda İspaniya ilə qarşılaşacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC