Gürcüstan millisinin hücumçusu Georges Mikautadze Avropa çempionatlarının tarixinə düşüb.
Presssport.az xəbər verir ki, Fransanın "Mets" klubunun 23 yaşlı futbolçu AVRO-2024-ün qrup mərhələsinin hər 3 oyununda qol vurub.
Forvard Türkiyə, Çexiya və Portuqaliya yığmalarıya görüşlərdə fərqlənib. O, qrup mərhələsində ümumilikdə 3 qola və 1 qol ötürməsinə imza atıb.
Mikaytadze tarixdə Avropa çempionatlarının qrup mərhələlərinin hər oyununda qol vurmağı bacaran 9-cu futbolçu olub. Daha əvvəl bunu Mişel Platini, Alan Şirer, Xristo Stoiçkov, Savo Miloşeviç, Ruud van Nistelrooy, Milan Baroş, Qaret Beyl və Kriştiano Ronaldo bacarıb.
Xatırladaq ki, Georges AVRO-2024-ün qrup mərhələsinin bombardiri olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC