Kamal Umudlu FİFA referisi kimi ilk beynəlxalq matçına Albaniyada çıxacaq

Azərbaycanlı FİFA referisi Kamal Umudlu Konfrans Liqası oyununa təyinat alıb.

Presssport.az xəbər verir ki, UEFA I təsnifat mərhələsində Albaniyanın "Vlajniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

İyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Onu da bildirək ki, bu ildən FİFA referisi dərəcəsini daşıyan 29 yaşlı Umudlunun beynəlxalq dərəcəli hakim kimi debütü baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC