AVRO-2024: UEFA 3-cü dəfə cərimələdi, ümumilikdə 171,375 avro xərcə düşdülər

UEFA Albaniya Futbol Federasiyasını (AFF) 3-cü dəfə cərimələyib.

Presssport.az xəbər verir ki, buna səbəb yenə azarkeşlərin davranışı olub.

Belə ki, AVRO-2024-ün III turunda İspaniya yığmasıyla oyunda alban azarkeşlər meydançaya yad əşyalar atıb, qəbuledilməz mesajlar yayıb və fakel yandırıb. UEFA-nın buna görə 86 500 avro məbləğində cərimə kəsib.

Bununla da AFF ümumilikdə 171,375 avro xərcə düşüb. UEFA albanlara qrup mərhələsində İtaliya ilə görüşə görə 37,375, Xorvatiya ilə qarşılaşmaya görə 47,500 avro pul cəzası verib.

Xatırladaq ki, qrup mərhələsində 1 xal toplayan Albaniya yığması sonuncu yeri tutaraq turnirlər vidalaşıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC