Ukraynalı Roman Qriqorçukun “Neftçi”yə gedişindən sonra "Çernomorets" yeni baş məşqçisini müəyyənləşdirib.
Presssport.az xəbər verir ki, Odessa klubu digər ukraynalı mütəxəssislə - Yuri Maksimovla müqavilə imzalayıb.
Tərəflər "1+1 il" şərtiylə anlaşıb. Bu barədə Odessa klubunun mətbuat xiəti məlumat yayıb.
Maraqlıdı ki, Maksimov da əvvəl Azərbaycanda işləyərək "Keşlə"ni (hazırkı “Şamaxı”) çalışdırmışdı. 57 yaşlı mütəxəssis həmin kluba 2017/18 mövsümündə Azərbaycan Kubokunu qazanıb.
Xatırladaq ki, ölkəmizdə ilk klubu “Qəbələ” olan 59 yaşlı Qriqorçuk “Neftçi”ylə 2 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC