“Neftçi” fələstinli futbolçu Ataa Caberlə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2022-ci ildə Bakı klubuna transfer olunan 30 yaşlı yarımmüdafiəçi millisinin üzvü olaraq, “ağ-qaralar"ın heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bunadək Aqil Məmmədov, müdafiəçilər Ömər Buludov, Rüfət Abbasov, yarımmüdafiəçilər Eddi İsrafilov və rusiyalı Reziuan Mirzovla rəsmən vidalaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC