"Rəşad Sadıqova, Qurban Qurbanova Azərbaycan futbolunda irəli getmək olmaz"

"Oyunla bağlı danışacaq çox şey yoxdur. Futbolçularımı təbrik edirəm. Əla oynadılar. “Sabah”a qarşı oynamaq çox çətindir. Qol epizodlarımız var idi. Top son zamanlar qapıdan keçmək istəmir. Səbirli olub, bunun üzərində işləyib, daha da yaxşılaşdırmaq lazımdır".

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 20-ci turunda "Sabah"la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb:

- Penalti epizodunu necə şərh edərdiniz? “Zirə”, yoxsa hakim uduzdurdu?

- Hakim səhvlərinə görə yavaş-yavaş məcbur olub, məşqçidən çox ekspertə çevrilirik. Hər oyundan sonra sanki veriliş gedir, hakim səhvlərini müzakirə edirik. Epizoda baxdım. “Sabah”ın qapısına korner verilməli idi. Yaxşı, tutaq ki, istəmirsən. Heç-heçə hakim üçün ən yaxşı nəticə idi. Ki, daha az narazılıq olsun. Korneri vermirsən. 90+7-ci dəqiqə gedir, heç olmasa oyunu bitir də. Nəyi gözləyirsən? Niyə bitirmisən? Ona qədər epizodlar çox idi. 

- Çox gərginsiz... 

- Məyusuq. Amma artıq almışam. Təəccüblü bir şey yoxdur. Heç nəyə təəcüblənirəm. “Qarabağ”la matçda iki qırmızı epizodu çox müzakirə edildi. VAR niyə susdu? Tural Qurbanov bəy niyə bizim oyunlara az gəlir? Az hakimlik edir? Birinci yarıda “Sabah”la matçda qırmızı vərəqə epizodu var idi. O da VAR-dan kömək gəlməli idi. Vladislav Kulaçın epizodunu deyirəm. Azarkeşlər, futbol ictimaiyyəti bilmir ki, “Qarabağ”la matçda iki qırmızı vərəqə epizodunda susan VAR hakimi Rauf Cabbarov idi. Baş hakim görmədi, sən də görmədin? Bu gün isə turun mərkəzi oyununu idarə etdi. Hamımıza psixoloji cəhətdən təsir edir. Oyundan qabaq da bu haqda söhbət etdik. Hakimlikdən çox şey gözləmirdim. “Turan Tovuz”la oyundan Rəhim Sadıqovun qolu...”Araz Naxçıvan”la matçda isə Rüstəm Əhmədzadənin epizodunda ox işarələri yuxarıda idi. Eldar Quliyevin bu gün qulağı yoxsa, teli qabaqda idi? Hər dəfə deyirəm ki, yəqin bundan o tərəfə nəsə olmayacaq. Amma hər dəfə təəcübləndirirlər. Taleyimə belə yazılıb. Məşqçiliyə ilk başladığım gündən necə gedirsə, belə davam edir. Dəyişən heç nə yoxdur. Konfrans Liqasına düşə bilərik. Olmaz! Bunlar Qurban Qurbanov üçün də var idi. Amma “Qarabağ” indi elə səviyyədədir ki, bunlar yoxdur. Rəşada olmaz. Qurban Qurbanov və Rəşad Sadıqova Azərbaycan futbolunda irəli getmək olmaz. Bunları canlı yaşayırıq da. 

- Bəlkə, başqa ölkədən hakimlər gətirsinlər..

- Çıxış yolu deyil. Niyə başqa oyunlarda olmur? Ad çəkməyim. “Zirə” nəticə verməməlidir. Hakim səhvi olmasaydı, “Zirə” üç il avrokuboklarda oynayacaqdı. Hakim səhvləri başqa oyunlarda da olsun. Bizim matçlarda xeyrimizə səhv olsun, çıxıb üzrxahlıq edərəm.

- Bəlkə rəhbərlik bununla daha ciddi şəkildə etiraz bildirsin…

- Belə davam edəcək. 3,5 ildir bilmirik məşqçilik edək, yoxsa bizə qarşı baş verən proseslərdə təmkinli, səbrli olaq. Bu gün oldu, sabah olmaz.

- Sonluğu necə görürsüz?

- Görək də. Allah böyükdür, yaxşı olar.

Mirbağırağa

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC