“Kəpəz” nigeriyalı yarımmüdafiəçi Olavale Onanuqayla yollarını ayırıb.
Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Adil Şükürov gedişin 27 yaşlı legionerin istəyiylə bağlı olduğunu söyləyib: “Müqaviləsi bitmişdi və getdi. Bildiyim qədərilə Küveytə, bizdən də 3 artıq məbləğə yollandı”.
Gəncəlilər keçən yay transfer etdiyi digər əcnəbi mərkəz yarımmüdafiəçisi - 30 yaşlı portuqaliyalı Latir Falla bağlı isə məsələnin açıq qaldığını diqqətimizə çatdırıb: “Ondan hələ bir xəbər yoxdu. Danışmışıq, başa çatan müqaviləsini uzatmaqla bağlı ilkin razılığımız olub. Amma son vaxtlar bizə qarşı bir az soyuq yanaşmağa başlayıb. Bizimlə bir az küskün kimi danışdı”.
Xatırladaq ki, “Kəpəz”dən mövsüm bitəndən sonra portuqaliyalı qapıçı İoqr Rodriges, müdafiəçilər Elçin Əlicanovla Vüsal Məsimov, yarımmüdafiəçilər - braziliyalı Martins Juniorla gürcü Mate Kvirkviya və malili hücumçu Adama Niane gedib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC