“Turan Tovuz” türkmənistanlı yeni baş məşqçisi Kurban Berdıyevin rəhbərliyi altında Bakıdakı qısamüddətli hazırlığı başa vuraraq Qəbələyə yollanıb.
Klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovun Presssport.az-a verdiyi məlumata görə, həmin bölgədəki təlim-məşq toplanışında 2 yoxlama matçı keçirməyi nəzərdə tutublar və rəqiblər də demək olar müəyyənləşib: “İyulun 7-də ”Şəmkir"lə (II Liqa təmsilçisi-müəllif.) oynayacağıq, 10-da isə böyük ehtimalla “Kəpəz”lə. Qəbələdəki əsas stadionun meydançasının qazonu dəyişdirildiyindən, matçları ehtiyat meydançada keçirəcəyik".
Nəsibov iyulun 10-da Qəbələ toplanışını başa vurduqdan sonra xaricə üz tutacaqlarını diqqətimizə çatdırırb: "Qarşıdakı mövsümə hazırlığın son mərhələsini Türkiyədə keçirəcəyik. Bu, Ankarada Qızılcahamamda olacaq. İyulun 13-də gedəcəyik, 26-da qayıdacağıq. Orda da yoxlama oyunları keçirəcəyik. Say 3-4 olacaq, sadəcə, rəqiblər hələ dəqiqləşməyib".
Xatırladaq ki, yeni çempionat avqustun 2-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC