“Qəbələ” keçən mövsüm icarədə keçən futbolçusu Rüfət Əhmədovu geri qaytarıb.
Bu haqda Presssport.az-a məlumat verən Gəncə klubunun baş məşqçisi Adil Şükürov gənc sol cinah müdafiəçisini saxlaya bilmədiklərini söyləyib: “Bizimlə icarə müqaviləsi başa çatdı və yenidən ”Qəbələ"yə qayıtdı. Bu klub onu bizə verməkdən imtina etdi. Özlərinə lazım olduğundan saxladılar".
Xatırladaq ki, U-21 yığmamızın üzvü olan Rüfət "Qəbələ"nin yetirməsidi və oyun praktikası qazanmaq üçün keçən mövsüm gəncəlilərə icarəyə verildi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC