“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev keçən mövsüm bu komandada icarədə çıxış etmiş gənc futbolçuları sərəncamında görmək istəyir.
Klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov bununla bağlı onların klublarıyla danışıqdıqlarını söyləyib: “Razılaşa bilsək, qaytarmaq istəyirik. Bunlar 3 futbolçudu - Veysəl Rzayev, Fərdi Yusifli və İsmayıl Zülfüqarl. Proses hələ ki danışıqlar mərhələsindədi. Çünki mövsümə hazırlıq gedir, hamı istəyir ki, heyətinə baxsın, özünə lazımdımı, yoxsa yox - birnci bunu müəyyənləşdirsin. Adətən təlim-məşq toplanışın sonuna yaxın klubların baş məşqçiləri qərar verir ki, filan futbolçular onlara lazımdı, yaxud icarəyə verilsin”.
Xatırladaq ki, Veysəl müqaviləylə məxsus olduğu "Sabah"a, Fəridlə İsmayıl isə "Neftçi"yə dönüb. Rzayev "Turan Tovuz" Premyer Liada çıxış etdiyi 2 mövsümdə onda icarədə oynayıb. “Neftçi”dəkilər isə keçən mövsümün qış fasiləsində Tovuz klubuna yarım illiyə icarəyə verildi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC