“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif”in məşqçilik korpusunda dəyişiklik olub.
Pressport.az xəbər verir ki, Moldova klubu Dmitri Parxomenkonun baş məşqçi Yuri Quranın köməkçisi təyin olunduğu açıqlayıb.
45 yaşlı ukraynalı mütəxəssis futbolçu karyerası dövründə "Şerif"də 3 il (2000-03, 42 oyun, 2 qol) çıxış edib və bu müddətdə 2 dəfə ölkə çempionluğu, 2 dəfə ölkə kuboku qazanıb.
Maraqlıdı ki, Parxomenko Azərbaycana və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov yad sima deyil. Belə ki, keçmiş müdafiəçi 2005/06 mövsümündə İmişlinin “MKT-Araz” klubunda oynayıb (42 matç, 1 qol) və Sadıqova futbolçu kimi rəqib olub.
Onu da bildirək ki, 2018-ci ildən məşqçiliyə keçən Dmitri son olaraq Macarıstanın "Dioşdyor" klubunda da köməkçi işləyib və bu ölkənin yüksək liqasına yüksələ bilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC