“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.
Presssport.az xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən Masazır təmsilçisi çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group)vəsiqə qazanıb.
“Gold group”da Türkiyən “Çaykur Rizespor"u 3:0, Estoniya “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah” yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri 1-ci pillədə - çempion kimi başa vurub.
Onu da bildirək ki, “Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.
Rize Cup
Yigit Demirel Beynəlxalq Futbol Turniri
Qrup mərhələsi
Sabah – Trabzonspor (Türkiyə) 2:1
Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev.
Sabah – Nömme United (Estoniya) 3:0
Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev.
Sabah – Dinamo (Batumi, Gürcüstan) 4:0
Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli.
Gold group
Çaykur Rizespor (Türkiyə) – Sabah 0:3
Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov.
Sabah – Nömme United (Estoniya) 2:0
Qollar: Yusif Ağayev, Hüseyn Musayev.
Samsunspor (Türkiyə) – Sabah 2:0
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC