Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” bu gün ilk oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Xaçmaz təmsilçisi ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” klubu ilə qarşılaşıb.
“Kutaisi Futbol Akademiyasının meydanında Monteneqrodan olan baş hakim Miloş Boşkoviç idarə etdiyi qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Şimal"ın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma 1 iyul tarixində Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC