Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin daha bir idmançısı bu mərhələni qələbə ilə başa vuraraq finalda iştirak hüququ qazanıb.
Belə ki, 48 kq-da Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gələrək həlledici döyüşə yüksəlib.
Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olub.
Xatırladaq ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC