AVRO-2024-ün bombardiri Fransada klubunu dəyişir

AVRO-2024-ün ulduzlarından olan Gürcüstan millisinin üzvü Giorgi Mikautadze yeni mövsümə yeli klubda başlayacaq.

Presssport.az xəbər verir ki, hazırda Almaniyada keçirilən turnirin bombardiri olan 23 yaşlı hücumçu "Monako" ilə anlaşıb.

Knyazlıq klubu Liqa 1-in digər təmsilçisi, Mikautatdzenin son klubu “Mets”ə transfer qiyməti bağlı təklif göndərib. Fransa klubunun məqsədi AVRO-2024 sonuna qədər gürcü futbolçunun keçidi üçün bütün detalları həll etməkdi. Turnirdən dərhal sonra “Monako” Giorgi ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.

Onu da bildirək ki, futbolçu karyerası ərzində "Seren" (Belçika) və “Ayaks”da oynayıb. Mikautadze 2028-ci il iyunun 30-na qədər Amsterdam klubuna məxsusdu. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC