"Kəpəz" 22 dəqiqə oynayan futbolçuyla vidalaşdı

Bir vaxtdar istedadlı futbolçularımızdan sayılan Ədilxan Qarəhmədov yenidən özünə klub axtarmalı olacaq.

Presssport.az xəbər verir ki, “Kəpəz” qış fasiləsində heyətinə cəlb etdiyi 23 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqaviləni uzatmayaraq yollarını ayırıb. Gənc futbolçu Gəncə klubunda cəmi 1 matçda - “Neftçi”yə səfərdə 1:5 hesabıyla uduzduqları görüşdə 22 dəqiqə oynayıb. 

Xatırladaq ki, “Səbail”də çıxışıyla tanınan Ədilxan keçən mövsümə I Liqada “İrəvan”da başlasa da, gedişatda maddi problemlər üzündən bir sıra futbolçular kimi ordan ayrılası oldu.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC