Cavid Hüseynov ”Cəbrayıl"ın baş məşqçi postundan gedişi haqda fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis bununla bağlı “Facebook”dakı şəxsi səhifəsində paylaşım edib:
Əziz “Cəbrayıl” azarkeşləri və doğma cəbrayıllılar!
Sizin də böyük dəstəyinizlə ötən mövsüm çətin mərhələləri geridə qoyaraq, 1-ci liqaya vəsiqə qazandıq. “Cəbrayıl”la birlikdə qazandığımız uğurlardan sonra daha da irəli getmək, daha böyük təcrübəyə yiyələnmək, gələcəkdə Azərbaycan futboluna, doğma Cəbrayıla daha da uğurla xidmət etmək üçün bilik və bacarıqlarımı artırmaq vacibdir. Buna görə də, qarşıma çıxan hər bir şansdan yararlanmaq mütləqdir. İnanıram ki, öyrənmək kimi müqəddəs bir işin ardınca getmək məqsədilə doğma “Cəbrayıl” klubundan ayrılmağımı anlayışla qarşılayarsınız. İnşallah, gələcəkdə yenə də daha böyük bilik, təcrübə və dəstəklə sizin də sayənizdə sevimli klubumuzu layiq olduğu zirvələrə çatdıracağıq.
Hər birinizə uğurlar arzulayır və “hələlik” deyirəm.
Sizin Cavid Hüseynov".
Xatırladaq ki, Hüseynov “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin korpusunda yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC