Türkiyə Super Liqasında XXIII tura start verilib.
Presssport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Millimizin futbolçuları bu turda rəqib olub. Belə ki, qapıçı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" hücumçu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"la qarşılaşıb. Matç Dadaşovun komandasının qələbəsiylə başa çatıb - 1:0. Məhəmmədəliyevi 44-vü dəqiqədə portuqaliyalı ulduz futbolçu Nani avtoqolla mətus edib.
Şahruddin 90 dəqiqə oynayıb. Renat isə 68-ci dəqiqədə əvəzlənib. Hücumçu bunadək - 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Adana Dəmirspor" 23 turdan sonra 31 xalla 7-ci, "Hatayspor" isə 25 xalla 14-cü sıradadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC