"Kəpəz"in "İmişli"dəki futbolçularının taleyi necə olacaq? - AÇIQLAMA

“Kəpəz” keçən mövsüm I Liqa təmsilçisi “İmişli”yə icarədə verdiyi futbolçuların gələcək taleyini müəyyənləşdirir.

Bu haqda Presssport.az-a danışan Gəncə klubunun baş məşqçisi Adil Şükürov sağ cinah yarımmüdafiəçisi Elnur Cəfərovu geri qaytarmayacaqlarını söyləyib: “Elnurun bizimlə müqaviləsi və hələ ki bizim futbolçudu. Yəqin, “İmişli”ə qalıb icarədə çıxışı davam etdirəcək”.

Nizami yurunun təmsilçisi müqaviləylə ona məxsus olan qanalı mərkəz yarımmüdafiəçisi Ezekiel Morqana isə heyətində yer verəcək. Belə ki, “Kəpəz” bu gün yeni mövsümə hazırlığa məqsədilə Gəncədə bir araya gəlir və 22 yaşlı afrikalı legioner də düşərgəsində olacaq: “Məşqlərimizə başlayanda bizə qoşulacaq və iyulun 10-dək ona baxacağıq. Sonrasıyla bağlı isə həmin vaxt qərar verəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC