"Şamaxı"da növbəti ayrılıq

Növbəti mövsüm yenidən Misli Premyer Liqasında çıxış edəcək “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

Presssportaz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Şamaxı" daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov,  Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov ilə yollarını ayırıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC