“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı 2 rəqib bəlli olub.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi vaxtilə Çempionlar Liqasında 2 dəfə görüşdüyü Plzen “Viktoriya”sıyla qarşılaşacaq. Bu matç iyulun 9-da baş tutacaq.
Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək. Belə ki, Qurban Qurbanovun komandası Almaniya II Bundesliqa təmsilçisi “Kayzerslautern”lə də qüvvəsini sınayacaq.
Xatırladaq ki, "Qarabağ" iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın 2-ci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC