"Kəpəz"ə Sumqayıt və Bakıda oynamaq maddi baxımdan çox ağır olar: "Onlar dedi ki, nə olacağını bilmirik, nə olacağını biz də bilmirik"

“İnanırsınız, yeni mövsümdə ev oyunlarımız harda keçirəcəyimiz çox gözəl və çox ağır bir sualdı. ”Qəbələ"ylə danışdıq, dedilər ki, qazonu dəyişdiririk. “Turan Tovuz”la da danışdıq, onlar da dedi ki, təmir işlərinə başlayırıq, nə olacağını bilmirik. Nə olacağını biz də bilmirik".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Məlumdu ki, Gəncə şəhər stadionunda əsaslı təmir işləri yalnız növbəti ildə yekunlaşacaq. Bu isə o deməkdi ki, Nizami yurdunun təmsilçisi yeni mövsümdə də doğma məkandan ayrı yerdə rəqiblərini qəbul etməli olacaq. 

Şükürovun sözlərinə görə, məkanla bağlı hələ ki konkret olaraq kimləsə danışıb razılaşdıqları olmayıb: "Mən də istəyərdim ki, Qəbələ olsun. Sadəcə, nə dərəcədə alınacaq - onu bilmirəm. Bizim də istək Qəbələylə bağlıdı. Çünki orda meydança təbii otdu, biz də belə qazonda məşq etdiyimizə görə ora bizə daha uyğundu, rahatdı. Elə olanda zədələr də azalır. Son dönəmlərdə Tovuzda bir neçə matça çıxdıq, üstəlik, Bayıla da getdik və dalbadal sintetik qazonda oynadığımıza görə artıq zədələr özünü göstərməyə başladı". 

“Kəpəz”in növbəti mövsümdə Sumqayıtda “Kapital Bank Arena” oynamaq variantı da var. Təcrübəli mütəxəssis buna belə şərh verib: "Onsuz maliyyə durumumuz elə də yaxşı deyil. Belə olanda, Qəbələ heç olmasa bir az yaxındı, az xərc çıxır. Tovuz isə bizə lap yaxşı olardı maliyyə durumuna görə. Amma Sumqayıt və Bakıda oynamaq bizə maddi baxımdan çox ağır olardı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC