AVRO-2024: İngiltərə və İspaniya əzmkar qələbələrlə 1/4 finalda

Almaniyada keçirilən AVRO-2024-də 1/8 final mərhələsində növbəti iki matç keçirilib.

Presssport.az xəbər verir ki, əvvəlcə İngiltərə millisi Slovakiya yığmasıyla üz-üzə gəlib. 

Oyunda hesabı slovaklar açaraq matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngilislər 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. Qaret Sautqeydin komandası burda ilk dəqiqədəcə daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib İsveçrə millisi olacaq.

Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşıb. Burda da əzmkar qələbə qeydə alınıb. Belə ki, görüşdə hesabı gürcülər açsa da, pireneylilər daha sonra 4 qol vuraraq qalib gəlib və 1/4 finala yüksəlib. İspanlar bu mərhələdə Almaniya ilə qarşılaşacaq.

30 iyun

20:00. İngiltərə - Slovakiya - 2:1 (əsas vaxt - 1:1)

Qollar: Cud Bellinqem, 90+5, Harri Keyn, 91  - İvan Şranç, 25

Baş hakim: Halil Umut Meler (Türkiyə)

"Veltins Arena"

23:00. İspaniya - Gürcüstan - 4:1

Qollar: Rodri, 39, F.Ruis, N.Uilyams, 75, D.Olmo, 83 - L.Norman, 18-avtoqol 

Qollar: 

Baş hakim: Fransua Letekse (Fransa)

"Rayn-Energi” stadionu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC