Güləş millimiz Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Presssport.az xəbər verir ki, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi 160 xal toplayaraq komanda hesabında çempion olub.

Yığmamız 2-ci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə 3-cü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC