Sanyol həmyerliləri olan hakimlərdən şikayətləndi: "İspaniyanın ilk qolu qeydə alınmamalı idi, VAR-da nə etdiklərini..."

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-ün 1/8 finalında İspaniya yığmasına məğlub olaraq (1:4) turnirdə mübarizəni dayandırmaqlarını şərh edib.

Presssport.az xəbər verir ki, fransalı mütəxəssis hakim qərarlarından şikayətlənib: “Kifayət qədər yaxşı oynadığımız ilk hissəni həmişə xatırlayacağıq. Amma bəyənmədiyimiz məqamlar da oldu. İspaniyanın ilk qolu qeydə alınmamalı idi. Çünki Morata ofsaydda idi. VAR-da nə etdiklərini bilmirəm”.

Sanyolun fikrincə, fasiləyə 1:0 hesabı ilə yollansaydılar, bəlkə də hər şey dəyişəcəkdi: "Lakin İspaniya daha güclüdü və 1/4 finala vəsiqə qazanmağa layiqdi. Bu oyunadək artıq Avropa çempionatının qalibi olmuşuq. Ümid edirəm ki, Gürcüstan üçün yaxşı imic qoyub getmişik”.

Maraqlıdı ki, ki, bu görüşün baş hakimi Sanuolun həmyerlisi - fransalı Fransua Letekse olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC