Məmmədyarovla Rəcəbov gerilədi

FİDE iyul ayı üçün şahmatçıların reytinqini açıqlayıb.

Presssport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2726) 3 pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu sırada yer alıb.

Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb. Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib. Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (2832, Norveç) başçılıq edir. 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə 3 pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2404) 47-cidi. Ülviyyə Fətəliyeva (2399) 2 pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova “Top-100”ü tərk edib.

Qadın şahmatçıların reytinq siyahısına çinli qrossmeyster Yifan Hou (2632) başçılıq edir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC