2024/25 mövsümünə hazırlıqlarını davam etdirən “Sabah” müdafiəçisi Maruan Hadudi ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Hadudi Konfrans Liqasında təmsilçimiz olan "Sabah"a keçən yay Vətənindən - "Raca"dan gəlmişdi.
Xatırladaq ki, bu, “Sabah”da yay fasiləsində artıq 4-cü legioner gedişidi. Belə ki, bunadək gürcü hücumçu Davit Volkov, yarımmüdafiəçilər - ispaniyalı Kristian Sebalyosla braziliyalı Kristian da Silva ilə yollar ayrılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC