Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti transferini reallaşdırıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiraspol təmsilçisi şimali makedoniyalı müdafiəçi Stefan Despotovskini heyətinə cəlb edib.
"Srvena Zvezda"nın yetirməsi olan 21 yaşlı futbolçunun son klubu Vətənində "Rabotniçki" olub.
Moldova təmsilçisi bunadək Mavritaniya millisinin və “Mets”in hücumçusu Papa Ndiaqa Yadeni heyətinə qatıb.
Xatırladaq ki, “Zirə” və “Şerif” arasındakı ilk matç iyulun 11-də Tiraspolda, cavab oyunu 18-də Bakıda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC