“Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda məğlub olduq”.
Presssport.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Fransa yığmasına qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Onun fikrincə, final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qolun ardından matç barədə nəsə demək çətindi: “Qarşıdakı günlərdə AVRO-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik. Qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil”.
Xatırladaq ki, Fransaya 85-ci dəqiqədə avtoqolla 0:1 hesabı ilə məğlub olan Belçika turnirlə vidalaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC