“Sloveniya 90 dəqiqə qapısını toxunulmaz saxladı və bizim üçün çətin oldu. Bu gün meydanda qürurlu Portuqaliya var idi”.
Presssport.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Sloveniya yığmasıyıla AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssisin sözlərinə görə, qələbəyə layiq idilər: "Komandamız oyun boyu yaxşı performans göstərdi. Kriştiano Ronaldo penaltini qaçırsa da, təslim olmadıq və əsl birlik nümayiş etdirdik", - deyə mütəxəssis bildirib.
Xatırladaq ki, Sloveniyaya oyunsonradı penaltilər seriyasında 3:0 qalib gələn Portuqaliya növbəti mərhələdə Fransaya rəqib olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC