“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" braziliyalı legioneri Rikardinyo ilə vidalaşıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2013-16, 2017 və 2023-cü illərdə "Şerif"in formasını geyinən 34 yaşlı hücumammeylli yarımmüdafiəçi onunla 5 dəfə Moldova çempionluğunu, 3 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunu qazanıb. “Sambaçı” Tiraspol klubunun heyətində 178 matçda 60 qol vuraraq tarixində 3-cü bombardir olub. O, Moldova Super Liqasında 2 mövsüm (2014/15 və 2016/17) bombardir olub, 2015-ci ldə çempionatın ən yaxşı hücumçusu seçilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC