Almaniyada təşkil olunan AVRO-2024-də bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.
"Report" xəbər verir ki, baş tutacaq 2 qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun 3-cüsü Niderland millisi qarşılaşacaq.
Digər qarşılaşmada isə D qrupunu 1-ci sırada başa vuran Avstriya və F qrupunda 2-ci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcək.
2 iyul
20:00. Rumıniya - Niderland
Baş hakim: Feliks Şvayer (Almaniya).
Münhen. "Alyans Arena".
23:00. Avstriya - Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Leyptsiq. "Red Bull Arena".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC