"Reallıq odur ki, klubunda oynamayan futbolçular yenə milliyə dəvət olunurlar" - sabiq kapitan

“Milli komanda mövzusunda danışmaq mənim üçün çətindi. Çünki son vaxtlar çox oynamıram. Bu, bir reallıqdı. Amma başqa bir reallıq da odur ki, klubunda oynamayan futbolçular yenə milliyə dəvət olunurlar. Nəsə danışmaq çox çətindi. Baxaq görək yeni baş məşqçi kim olacaq. Mənə ehtiyac olsa, çağırılsam, gedəcəm”. Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri milli komandamızın sabiq kapitanı Maksim Medvedev deyib.

“Qarabağ”da da kapitan sarğını daşıyan 35 yaşlı müdafiəçi xeyli vaxtdı klubunda daha çox ehtiyatda qalır. Millimizi son olaraq çalışdırmış Canni de Byazinin vaxtında çağırılan, qol da vuran Maksim sonra məhz bu italiyalı mütəxəssis tərəfindən komandadan kənarlaşdırıldı. Maraqlıdı, Medvedevə görə, millimizin yeni baş məşqçisi yerli mütəxəssis olmalıdı, yoxsa əcnəbi?: "Əslində, sonuncu dəfə televiziyada bunu deyəndən sonra milliyə dəvət almadım. Çox danışılası mövzudu. Gündəmdə olan azərbaycanlı mütəxəssislərə üstünlük verilməsinin tərəfdarıyam. Əcnəbiyə nə qədər vaxt verilirsə, özümüzünkülərə də o qədər vaxt verilsin. 6 aydan, 1 ildən sonra çıxarmasınlar. Heç olmasa iki tsikldə komandanı çalışdırsın, ondan sonra müzakirə olunsun".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC